Bərdə Rayon İcra Hakimiyyətində vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elanı
02 may 2024 | 12:15
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək ümumi müsahibəyə Bərdə Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 2 vakant vəzifə təqdim olunub:
1. Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Hüquq Şöbəsi, şöbə müdiri (1 yer)
2. Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Memarlıq və tikinti şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri - baş memar (1 yer)
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 30 aprel 2024-cü il tarixindən 29 may 2024-cü il saat 18:00-dək Dövlət İmtahan Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=541