Bərdə Rayon İcra Hakimiyyətində vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elanı
13 iyun 2025 | 16:55
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək ümumi müsahibəyə Bərdə Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 6 vakant vəzifə təqdim olunub:
1. Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Hüquq şöbəsi, məsləhətçi (1 yer)
2. Rayon İcra Hakimiyyəti başçısı Aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsi, şöbə müdirinin müavini (1 yer)
3. Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Memarlıq və tikinti şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri - baş memar (1 yer)
4. İcra nümayəndəlikləri, Şəhvəlilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, baş məsləhətçi - baş mühasib (1 yer)
5. İcra nümayəndəlikləri, Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, baş məsləhətçi - baş mühasib (1 yer)
6. İcra nümayəndəlikləri, Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer)
Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanında vakant inzibati vəzifələrin tutulması məqsədilə 12 iyun 2025-ci il tarixində ümumi müsahibə elanı verilmişdir. Elan üzrə sənəd qəbulu yalnız Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 1 iyul 2025-ci il tarixi, saat 18:00-dək davam edəcək.
Ətraflı məlumat: https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList...