Bərdə Rayon İcra Hakimiyyətində vakant inzibati vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elanı verilib
17 iyul 2025 | 11:53
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək müsabiqənin müsahibə mərhələsində Bərdə Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 1 vakant vəzifə təqdim olunub:
Bərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsi, baş məsləhətçi (1 yer)
Müsahibədə iştirak etmək istəyən namizədlər 14 iyul 2025-ci il tarixindən 12 avqust 2025-ci il tarixi, saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.






