Şriftin ölçüsü :

Saytın rəngi :

ELAN

03 avqust 2023 | 13:03

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “ İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Bərdə rayon İcra Hakimiyyəti başçısının 23 iyun 2023-cü il tarixli, 159 A saylı Sərəncamı ilə Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti və rayon idarə və müəssisələrinin əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

      İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.

       Bununla əlaqədar olaraq 03 avqust 2023-cü il tarixdən etibarən 20 iş günü müddətində Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 28 avqust 2023-cü il saat 18.00-da başa çatacaqdır. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız 1 nəfər namizəd irəli sürə bilər.

      Seçki ilə bağlı əlavə məlumatların (hansı sənədlərin təqdim olunması və s.) əldə olunması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinə müraciət oluna bilər.

 

Bərdə rayon İcra Hakimiyyəti

Keçidlər