Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai Şura - Elan

17 noyabr 2025 | 11:18

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"yə uyğun olaraq Bərdə Rayon İcra Hakimiyyəti başçısının 30 oktyabr 2025-ci il tarixli, 5-38/3-3-169/2025 saylı Sərəncamı ilə Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə seçki komissiyası yaradılmışdır. Seçki komissiyası tərəfindən vətəndaş cəmiyyəti institutlarını təmsil edən 11 nəfərin namizədliyi qeydə alınmışdır.

 

17 noyabr 2025-ci il tarixdə saat 11:00-da Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının inzibati binasında Bərdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçiriləcəkdir.

 

Seçki ilə bağlı əlavə məlumatların əldə olunması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə müraciət oluna bilər.

Keçidlər