Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai şuraya seçki

30 avqust 2023 | 15:44

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Bərdə rayon İcra Hakimiyyəti başçısının  23 iyun 2023-cü il tarixli, 159 A saylı Sərəncamı ilə Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə seçki komissiyası yaradılmışdır. Seçki komissiyası tərəfindən vətəndaş cəmiyyəti institutlarını təmsil edən 15 nəfərin namizədliyi qeydə alınmışdır.

11 sentyabr 2023-cü il tarixdə saat 11.00-da Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının inzibati binasında Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçiriləcəkdir.

Seçki ilə bağlı əlavə məlumatların əldə olunması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinə müraciət oluna bilər.

 

                                                                                  Bərdə rayon İcra Hakimiyyəti

 

Keçidlər