Şriftin ölçüsü :

Saytın rəngi :

01.06.2023-cü il tarixdə Birinci Qarabağ müharibəsi şəhidi İlqar Abbasovun və Vətən müharibəsi şəhidi Yaqub Yaqubovun doğum günüdür

02 iyun 2023 | 10:09
Bərdə rayonunun Kələntərli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidi İlqar Abbasovun və Vətən müharibəsi şəhidi Yaqub Yaqubovun doğum günü münasibəti ilə Bərdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, məktəblilər şəhid məzarlarını ziyarət etmiş və ailələrinə baş çəkmişlər.
Qeyd edək ki, şəhid Abbasov İlqar Vahid oğlu 01.06.1973-cü il tarixində Kələntərli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 1992-ci ildə həqiqi hərbi xidmətə yollanıb.
Hərbi xidmətinə başladığı günlərdən də Azərbaycan Ordusunun əsgəri kimi Birinci Qarabağ müharibəsinə qatılıb, Tərtər-Ağdərə istiqamətlərində döyüşüb, noyabr ayının 15-də Çıldıran kəndi istiqamətində qanlı döyüşlər zamanı qəhrəmancasına şəhidlik məqamına ucalıb.
Əsgər MAHXHQ Yaqubov Yaqub İlham oğlu 01.06.1997-ci il tarixində Bərdə rayon Kələntərli kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə Əsgər Yaqubov Yaqub İlham oğlu ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", “Vətən uğrunda” və "Cəsur Döyüşçü" medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər