02 avqust 2023-cü il tarixdə Yuxarı Qarabağ kanalının bəndinin bir hissəsinin uçması nəticəsində Bərdə rayonunun Qaraqoyunlu kəndinin su basmış ərazisinin sudan təmizlənməsi işləri başa çatdırılmışdır.
02 avqust 2023-cü il tarixdə Yuxarı Qarabağ kanalının bəndinin bir hissəsinin uçması nəticəsində Bərdə rayonunun Qaraqoyunlu kəndinin ərazisinə ziyan dəymiş, kənd qəbirstanlığı və yaşayış evlərinin zirzəmisini su basmışdır. Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində Bərdə rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və aidiyyəti qurumlar əraziyə cəlb olunmaqla bəndin uçmuş hissəsi bərpa olunmuşdur. Qaraqoyunlu kəndinin sakinlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi üçün tədbirlər görülmüş, FHN-nin Qarabağ Regional Mərkəzinin və rayon Fövqəladə Hallar Komissiyasının birgə əməkdaşlığı ilə texnika və avadanlıqlar cəlb olunaraq zirzəmi və həyətlərə dolmuş suların çəkilməsi, kəndin su kanallarının təmizlənməsi işləri aparılmışdır. Hazırda işlər başa çatdırılmışdır.