02.12.2025-ci il tarixində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Qarabağ Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Bərdə Rayon Heydər Əliyev Mərkəzində maarifləndirici tədbir keçirilmişdir.
02 dekabr 2025 | 17:11
Tədbir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Mehtiyeva, Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Bərdə Dövlət Rəsm Qalereyasının və Bərdə Mədəniyyət Sarayının əməkdaşları iştirak etmişdir. Tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin əsas istiqamətləri, mövcud qanunvericilik çərçivəsi, şəffaflığın təmin olunması və etik davranış prinsiplərinin tətbiqi barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.






