Şriftin ölçüsü :

Saytın rəngi :

05 iyun 2024-cü il tarixdə Bərdədə Ağsaqqallar Şurasının IV hesabat konfransı keçirilib

06 iyun 2024 | 14:52
Əvvəlcə qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edilərək abidənin önünə gül dəstələri düzüblər.
Konfransda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi dərin ehtiramla yad edilib. Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Respublika Ağsaqqallar Şurasının sədr müavini Millət vəkili Ağalar Vəliyev, hüquq- mühafizə orqanlarının rəhbərləri, idarə,müəssisə və təşkilatların rəhbər və işçiləri, ictimaiyyət nümayəndələri və rayon Ağsaqqallar Şurasının idarə heyyətinin üzvləri, yerli təşkilatlardan 72 nəfər ağsaqqal nümayəndə iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək ağsaqqalların rayonun ictimai-mədəni həyatındakı əhəmiyyətli rolundan bəhs edib. Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ağsaqqallara daim böyük ehtiramla yanaşdığını qeyd edən rayon başçısı vurğulayıb ki, xalqımız daima ağsaqqal sözünə, ağsaqqal nəsihətinə və məsləhətinə böyük önəm verir. Bütün məsələlərdə son söz hər zaman ədalətli və müdrik ağsaqqal sözü olur. Bu baxımdan da Şuranının fəaliyyətinin gənclərimizin dövlətə, dövlətçiliyə və xalqa sədaqət, eləcə də milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda yetişdirilməsi işinə böyük töhfə verdiyini diqqətə çatdırıb.
Sonra Respublika Ağsaqqallar Şurasının sədr müavini, Millət vəkili Ağalar Vəliyev çıxış edərək tariximizə qızıl hərflərlə yazılan, xalqımıza fəxarət və başucalığı gətirən möhtəşəm Zəfərdən, Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı parlaq Qələbədən söz açıb və eyni zamanda rayon Ağsaqqalar Şurasının fəaliyyətini yüksək qiymətləndirib.
Konfransda Şuranın sədri Yaşar Zamanovun ötən dövrdə görülən işlər barədə hesabat məruzəsi dinlənilib.
Konfransda çıxış edən digər natiqlər də rayon Ağsaqqallar Şurasının üzvlərinin bu ahıl vaxtlarında böyük həvəslə həyata keçirdikləri işlərdən, onların hərtərəfli fəaliyyətindən bəhs ediblər.
Keçidlər