Şriftin ölçüsü :

Saytın rəngi :

06 iyun 2023-cü il tarixdə Bərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində Heydər Əliyev mərkəzinin akt zalında “Heydər Əliyev və İnsan hüquqları” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

07 iyun 2023 | 10:41
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Zöhrab Zöhrabbəyov və Günel Cəfərova, Bərdə Rayon Prokurorunun köməkçisi Nərgiz Hüseynli, Bərdə Rayon Məhkəməsinin hakim köməkçisi Vüsal Qarayev, Bərdə Regional Ədliyyə İdarəsinin aparıcı məsləhətçisi Vüsal Alıyev və rayonun ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbiri Günel Cəfərova giriş sözü ilə açaraq “Heydər Əliyev və insan hüquqları” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı təsdiq edilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən isə hər il iyunun 18-i respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunur.
Daha sonra Nərgiz Hüseynli, Vüsal Qarayev və Vüsal Alıyev çıxış edərək demokratik, hüquqi və dünyəvi dövlət anlayışlarından, əsas insan və vətəndaş hüquqları və azadlıqlarından, vətəndaşların əsas vəzifələrindən bəhs etmişlər.
Qeyd edək ki, ölkədə hər il 18 may-18 iyun tarixlərində “İnsan hüquqları aylığı” keçirilir.
Keçidlər