Şriftin ölçüsü :

Saytın rəngi :

07.05.2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Dünya siyasi elitasının ən uca zirvəsi - Heydər Əliyev “ adlı tədbir keçirib.

08 may 2025 | 13:56
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan rayon Heydər Əliyev mərkəzin direktoru Arifət Əhmədova öncə qonaqları salamlayıb, daha sonra Heydər Əliyevin həyatı və ictimai -siyasi fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib.
Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Səbuhi Qasımov, QMƏVŞAİB-in sədri Etibar Hüseynova, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru Xosrov Musayev, Bərdə Regional Asan Xidmət Mərkəzinin baş mütəxəssisi Şamxal Yaqubov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rayon sektorunun baş məsləhətçisi Fizzə Hüseynova -Ümummilli liderin xalqımız qarşısındakı əvəzsiz xidmətlərini özündə əks etdirən məruzələr ediblər . Tədbirin qonağı şairə Arzu Yaqublu “ Ulu öndər “ və “Ana Vətən “ adlı şeirlərini səsləndirib.
Tədbirin sonunda Bərdə rayon Kələntərli kənd tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Keçidlər