1 il əvvəl itkin düşmüş Zeynalova Təranə Davud qızının nəşinin qalıqları Bərdə rayonunda torpağa tapşırılıb
15 avqust 2024 | 17:42
Bu gün 1993-cü ildə Kəlbəcərdə itkin düşmüş, Laçının Malıbəy kəndi istiqamətində tapılmış Zeynalova Təranə Davud qızının nəşinin qalıqları Bərdə rayonunda yerləşən keçmiş məcburi köçkün qəsəbəsinə gətirilib.
Burada şəhidlə vida mərasimi keçirilib.
Şəhər qəbiristanlığında baş tutan dəfn mərasimində Bərdə və Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçıları, vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbər və əməkdaşları, hərbçilər, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, şəhidin doğmaları və rayon sakinləri iştirak ediblər.
Qeyd edək ki, Təranə Davud qızı Zeynalova 01.06.1970-ci ildə Kəlbəcər rayonunda anadan olub. O, 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Qamışlı kəndi istiqamətində, “Tunel” deyilən yerdə 3 qardaşı ilə birgə itkin düşüb. Onun nəşinin qalıqları Laçının Malıbəyli kəndi istiqamətində tapılıb.
T. Zeynalova bu gün Bərdə şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Allah bütün şəhidlərimizə rəhmət etsin!