Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən rayonda əhalinin tibbi müayinədən keçirilməsi vəziyyətinin Şura iclasında müzakirəsi

05 aprel 2014 | 15:00

Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini yerinə yetirən, başçının birinci müavini cənab Vahid Qarayevin sədrliyi ilə rayon İcra Hakimiyyəti başçısının yanında fəaliyyət göstərən Şuranın iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayonda  əhalinin tibbi müayinədən keçirilməsinin gedişi barədə məsələ müzakirə edilmişdir.
İclasda rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Şuranın üzvləri, RİHB aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.
İclasda  rayon İcra Hakimiyyəti başçısının müavini –İctimai-siyasi və
humanitar məsələləri şöbəsinin müdiri Fəqət xanım Şadlinskaya müzakirə edilən məsələ ilə əlaqədar məruzə etmiş, məsələ ətrafında  Mərkəzi rayon xəstəxanasının baş həkimi İftixar Zeynalov, rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, RİHB-nin Həsənqaya kənd İƏD-i üzrə nümayəndəsi Məhərrəm Nərimanov, rayon Ağsaqqallar Şurasının sədr müavini Arif Əliyev, İdarəetmə və Texnologiya Kollecinin Tələbə-gənclər təşkilatının sədri İlahə Şəqani çıxış etmişlər.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının diqqət və qayğısı ilə əhalinin tibbi müayinəsinin həyata keçirilməsi əhalinin sağlamlığına dövlət başçısının qayğısının bariz nümunəsidir və bu əhali tərəfindən yeksək razılıq və minnətdarlıq hissi ilə qarşılanır. 
Rayon sakinlərinin tibbi müayinədən keçirilməsi üçün təşkilati tədbirlər görülmüş, rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 12 fevral 2014-cü il tarixli qərarı əsasında rayon komissiyası yaradılmış, əhalini tibbi müayinə etmək üçün rayon xəstəxanası, şəhər poliklinika, diaqnostika mərkəzi, kənd sahə xəstəxanaları və həkim məntəqələri müəyyənləşdirilmiş, yerlərdə tibbi müayinəni aparmaq üçün 15 səyyari həkim və pediatrik briqada yaradılmışdır. Tibbi müayinəni yüksək səviyyədə təşkil etmək üçün tibbi müayinə üçün müəyyənləşdirilmiş tibb müəssisələri və səyyar həkim briqadaları lazımi avadanlıq və tibbi alətlərlə təchiz edilmiş, 3 ədəd təcili tibbi yardım avtomobili ayrılmışdır. Tibbi müayinədən keçmə qrafiki təşkil edilmiş, əmək kollektivlərində və yaşayış məskənlərində təşkilati tədbirlər görülmüşdür. 
   Tibbi müayinədən keçirilmə vaxtı və keçirildiyi yer barədə qrafik əsasında əhaliyə məlumat verilməsi təşkil edilmiş, tibbi müayinənin xeyri barədə əhali arasında maarifləndirmə işləri aparılmışdır.
Tibbi müayinənin gedişi barədə mərkəzi və yerli kütləvi informasiya vasitələrində məlumatların verilməsi, tibbi müayinə barədə sakinlərin fikirlərinin dinlənilməsi təşkil edilmişdir.  
Həyata keçirilmiş tədbirlər nəticəsində 01 aprel 2014-cü il tarixədək 30 yaşayış məntəqəsində, 44 təhsil müəssisəsində, 4 musiqi məktəbində, 35 idarə, müəssisə və təşkilatda, 21 uşaq bağçasında  tibbi müayinə başa çatdırılmış, ümumilikdə 50202 nəfər tibbi müayinədən keçirilmişdir.
2014-cü ilin aprel ayının ilk 3 günü ərzində 3 müəssisədə işləyənlər, şəhərin 4 küçəsinin sakinləri, 13 yaşayış məntəqəsində yaşayanlar, ümumiyyətlə 10139 nəfər tibbi müayinədən keçmişdir.
01 aprel 2014-cü il tarixədək müayinələrdə 50202 nəfər həkim baxışı keçirilmiş, 1476 nəfər flüoroqrafiya, 730 nəfər rentgenoskopiya, 496 nəfər rengenoqramma, 4842 nəfər USM müayinəsi, 1072 nəfər EKQ, 18640 nəfər laborator müayinəsi, 392 nəfər ensefaloqramma, 328 nəfər EXO müayinəsi aparılmışdır.
01 aprel 2014-cü il tarixə tibbi müayinədən keçənlərdən 294 nəfər stasionar, 2165 nəfər ambulator müalicəyə cəlb edilmiş, 93 nəfər Bakı şəhərinin müxtəlif klinikalarına göndərilmişdir.
Müzakirə edilən məsələ ilə əlaqədar Şura müvafiq qərar qəbul etmişdir.

Keçidlər