Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Bərdə rayonunda Mingəçevir və Yevlax şəhər, Bərdə, Tərtər, Ağcabədi, Laçın, Xocalı, Ağdam və Goranboy rayonlarının vətəndaşlarını qəbul etmişdir.
Bərdə rayon Mədəniyyət evində keçirilən qəbulda Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Qərib Məmmədov, Apartın rəhbəri cənab Rafiq Süleymanov, Aparatın rəhbərinin müavini cənab Ədalət Salmanova, Ümumi şöbənin müdiri Zeynab Vəliyeva, Hüquq şöbəsinin müdiri cənab Yusif Hümbətov, Torpaq islahatı sektorunun müdiri cənab Əlövsət Süleymanov, İnformasiya-mətbuat sektorunun böyük məsləhətçisi Nicat Rüstəmov, Yer quruluşu-layihə institutunun direktoru cənab Fizuli Cəfərov, Kadastr və monitorinq elm-istehsalat mərkəzinin direktoru cənab Nizami İsmayılov iştirak etmişlər.
Qəbul zamanı müxtəlif rayonlardan olan bir qrup sakinlərə mülkiyyətində olan torpaqların plan-ölçü sənədləri təqdim edilmiş, vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll edilmişdir.