Şriftin ölçüsü :

Saytın rəngi :

Dərsdən kənar vaxtlarda Azərbaycan Tarixinin ümumtəhsil müəssisələrində daha səmərəli öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “

18 aprel 2014 | 15:00

Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən iclasda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların və  qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayevin sədrliyi ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət xanım Şadlinskaya dərsdən kənar vaxtlarda  Azərbaycan Tarixinin ümumtəhsil müəssisələrində daha səmərəli öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafın təminatçısıdır” mövzularının tədrisinin gedişi barədə məlumat vermiş, müzakirələrdə rayon Təhsil şöbəsinin müdiri cənab Rzaqulu Şərifov, Heydər Əliyev Mərkəzinin direktoru Arifət xanım Əhmədova çıxış etmişlər.

Keçidlər