Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı cənab İlham Əliyevin
Yığıncaqda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların və qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri iştirak etmişdir.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı cənab İlham Əliyevin nitqi ilə əlaqədar 2014-cü ilin birinci rübündə rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə etmiş, məruzə ətrafında rayon Mərkəzi xəstəxanasının baş həkimi İftixar Zeynalov, rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, rayon Əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Raquf Məmtiyev, Subartezian quyuları istismarı idarəsinin rəisi Qulu Abışov, rayon Elektrik şəbəkəsinin rəisi Hikmət Süleymanov çıxış etmişlər.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə 2014-cü ilin birinci rübü bütün respublikamız kimi rayonumuz üçün də uğurlu olmuş, rayonun sosial-iqtisadi inkişafı sahəsində işlər müvəffəqiyyətlə davam etdirilmişdir.
Rüb ərzində Azərbaycan Respublikasının Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın irasına başlanmışdır.
Əliyev park-bulvarının tikintisi davam etdirilmiş, park-bulvarda 18 min kv. metr ərazidə yaşıllıq zonası salınmış, ərazidə 4750 ədəd ağac və gül (500 ədəd Eldar şamı, 400 ədəd bəzək ağacları, 3000 ədəd gül, 200 ədəd ardıc kolu, Tərtər çayının sol sahilində 350 ədəd Eldar şamı, 200 ədəd ardıc kolu, 100 ədəd şərq çinarı) əkilmişdir. Park-bulvarın tikintisi sürətlə davam etdirilir.
Rayonda aparılan tikinti-abadlıq işlərində 10 min kv.metr sahəyə tamet, 4 min kv. metr sahəyə qranit, 8 min kv. metr sahəyə ağlay üzlük çəkilmiş, işıqlandırma üçün 60 ədəd dirək basdırılmış, 12 min ədəd ağac və 30 min ədəd gül kolu əkilmiş, yaşıl örtük üçün 4 ton toxum istifadə olunmuşdur.
“Bərdə” türbəsinin bərpası, Əmlak komitəsinin rayon şöbəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyasının inzibati binalarının, Gənclər evinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının, məcburi köçkünlər üçün 2100 ailəlik yeni yaşayış məhəlləsinin, rayon Mədəniyyət mərkəzinin, tutumu 2 min ton olan soyuducu ambarın, “Avromed” MMC-nin bazasının, 180 şagird yerlik Qazaxlar, 220 şagird yerlik Nazırlı, 380 şagird yerlik Bərdə şəhər 7 saylı tam orta məktəblərin tikintisi davam etdirilmiş, “ASAN” xidmətin inzibati binasının, Mehdili kəndində müasir Yem zavodunun tikintisinə, 1150 şagird yerlik 2 saylı tam orta məktəbin əsaslı təmirinə başlanmış, 480 şagird yerlik 5 saylı tam orta məktəblərin əsaslı təmiri, 1150 yerlik 6 saylı tam məktəbdə bərpa-gücləndirmə və əsaslı təmir işləri, Mollaisalar-Bayramlı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun əsaslı təmiri, hər biri 100 yerlik 3 uşaq bağçasının tikintisi üçün layihə-smata sənədləri hazırlanmış və yaxın günlərdə işə başlanacaqdır.
Bunlarla yanaşı Bərdə şəhəri ərazisində Tərtər çayı yatağında sahilbərkitmə işləri, kəndlərin qazlaşdırılması, rayonun elektrik şəbəkəsinin yenidən qurulması davam etdirilmişdir.
Rüb ərzində 3,2 milyon manat dəyərində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmiş, nəqliyyat sektorunda 3,1 milyon nəfər sərnişin və 392 min ton yük daşınmış, rayon əhalisinə 59,6 milyon mantlıq geniş çeşidli istehlak malları satılmış və xidmətlər göstərilmişdir.
2013-cü ilin müvafiq dövrünə nisbətən sənaye məhsulu istehsalı 16,5 faiz, sərnişin daşımalar 9,8 faiz, yük daşımalar 4,8 faiz, əhaliyyə xidmət 20,4 faiz artmışdır.
Rayon büdcəsinin yerli gəlirləri 2014-cü ilin birinci rübündə 109,7 faiz, xərcləri 77,8 faiz yerinə yetirilmişdir. Bütün zəruri xərclər icra edilmişdir.
Dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində rayonda əvvəllər muzdla işləyən bir çox şəxslər fiziki şəxs kimi fəaliyyət göstərməyə başlamışlar. Rüb ərzində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 5,1 faiz artmışdır.
Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredit təşkilatları tərəfindən 2014-ci ilin birinci rübündə 64 layihə üzrə sahibkarlara 3,3 milyon manat kredit verilmişdir. Bu layihələrin həyata keçirilməsi nəticəsində rayonda 125 yeni iş yerləri yaradılacaqdır.
Rayonda fəyat keçirilmiş tədbirlərin nəticəsində rüb ərzində 959 yeni iş yerləri açılmışdır ki, bunun da 409-u daimi iş yerləridir.
Bunlarla yanaşı rayonda yeni yaradılan “Avromed” MMC-nin bazasında işləmək üçün kadrlar seçilmiş və təlim kurslarına cəlb edilmişlər.
Rayonda “Asan xidmət”in regional şöbəsinin yaradılması, yeni cins heyvandarlıq kompleksinin və Yem sexinin tikilməsi ilə əlaqədar daha çox daimi yeni iş yerləri açılacaqdır.
Rayonda yazlıq əkinlərin optimal müddətdə başa çatdırılması üçün tədbirlər görülmüş, əkinlərin texnika, gübrə və suvarma suyu ilə təchizatı təmin edilmişdir.
Rüb ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə 750 ton Azot gübrəsi satılmış, taxıl sahələrində ziyanvericilərə qarşı 3313 hektar sahədə mübarizə tədbirləri aparılmış, əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün 24341 p/m drenlər 107,3 kub metr, suvarma kanalları 263 min kub metr lildən təmizlənmiş, 36,7 min kub metr torpaq işi görülmüş, 44 hidrotexniki qurğu, 3 hidrometrik post, 2 nasos stansiyası, 3 km beton kanal, 13 borulu keçid cari, 0,4 km beton kanal, 3 dizel mühərriki, 4 nasos, 6 ədəd elektrik mühərriki əsaslı, 138 ədəd subartezian quyusunun dərinlik nasosu, 1 ədəd quyunun transformatoru, 10 ədəd quyunun idarəetmə avadanlıqları təmir edilmiş, 7 quyunun kommunikasiya xətti çəkilmiş və sayğac quraşdırılmışdır. Həmçinin Tərtər çayı yatağında 17 min kub metr tənzimləmə işləri aparılmışdır.
Bunlarla yanaşı Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında cari ildə rayonun kəndlərində suvarma məqsədilə 19 ədəd subartezian quyusunun vurulması üçün təşkilati tədbirlər görülmüş və yaxın vaxtlarda işə başlanacaqdır.
Rüb ərzində 2013-cü ilin payızında əkilmiş 15273 hektar taxıl, o cümlədən 12330 hektar buğda və 2943 hektar arpa sahəsinə aqrotexniki qaydada qulluq davam etdirilmişdir.
01 aprel 2014-cü il tarixə 5367 hektarda yazlıq bitkilər, o cümlədən 3647 hektarda yonca, 147 hektarda kartof, 1236 hektarda tərəvəz bitkiləri, 137 hektarda şəkər çuğunduru, 74 hektarda ərzaq üçün bostan bitkiləri, 8 hektarda günəbaxan, 24 hektarda qarğıdalı əkilmişdir. Bitkiçilik sahəsində səpin hazırda davam edir.
Heyvandarlığın inkişaf etdirilməsi, heyvan xəstəliklərinə qarşı mübarizə daima diqqət mərkəzində saxlanılmışdır.
Rüb ərzində 12600 baş iri və 65 baş xırda buynuzlu heyvandan qan nümunələri götürülərək bruselyoz xəstəliyinə görə yoxlanılmış, 6512 baş iri buynuzlu heyvan vərəm və 975 baş təkdırnaqlı heyvan Manqo xəstəliyinə görə müayinə edilmiş, 87315 baş iri, 1462 baş təkdırnaqlı heyvanlar qarayara, 1915 baş iri buynuzlu heyvanlar dabaq xəstəliyinə qarşı vaksinasiya və 12284 baş iri buynuzlu heyvan dabaq xəstəliyinə qarşı revaksinasiya, 7860 baş it quduzluq xəstəliyinə qarşı profilaktiki peyvənd edilmişdir.
Rübün sonuna rayonda 87,5 min baş qaramal, o cümlədən 42.2 min baş inək və camış, 135,9 min baş qoyun və keçi mövcud olmuşdur. Sürüdə ana malın xüsusi çəkisi 48,2 faiz təşkil edir.
2013-cü ilin müvafiq dövrü ilə müqayisədə qaramalın baş sayı 3,0 faiz, o cümlədən inək və camışların sayı 6,2 faiz, qoyun və keçilərin sayı 0,5 faiz artmışdır.
Rüb ərzində diri çəkidə 2865 ton ət, 12186 ton süd, 7,4 milyon ədəd yumurta istehsal edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 21,8 faiz və ya 514 ton, süd istehsalı 2,9 faiz və ya 349 ton, yumurta istehsalı 29,8 faiz və ya 1,7 milyon ədəd artmışdır.
Heyvandarlıq məhsulların istehslaının artmasında son illər rayonda yaradılmış iri heyvandarlıq komplekslərinin müsbət təsiri görünməkdədir.
Rüb ərzində 792 baş inək, camış və düyə etil törədicilərinin toxumları ilə süni mayalandırılmış, süni mayalandırılmış heyvanlardan 552 baş bala alınmışdır.
Rüb ərzində rayondan Bakı şəhərinə təşkil olunan yarmarkalara 73,4 ton müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir.
Rüb ərzində əhalinin sosial müdafiəsi məsələləri daima diqqət mərkəzində saxlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının baza hissəsinin və Dövlət Qulluqçularının pensiyalarının və sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamı ilə 19970 nəfərin pensiyalarında olan artımlar hesablanaraq pensiyaçılara çatdırılmışdır. Təqaüdlər və bütün növ müavinətlər mövcud 16 bankomat vasitəsilə vaxtlı-vaxtında ödənilmişdir.
Əhalinin və iqtisadiyyatın elektrik enerjisi, təbii qaz və içməli su ilə fasiləsiz təmini istiqamətində işlər davam etdirilmişdir.
Rüb ərzində 17 ədəd 10 kv-luq, 8 ədəd 0,4 kv-luq yeni beton dirəklər basdırılmış, 153 ədəd yeni sayğac quraşdırılmış, 14 ədəd 10/0,4 kv-luq transformator yarımstansiyası, 8,0 km 10 kv-luq və 1,53 km 0,4 kv-luq elektrik hava xətləri əsaslı təmir edilmiş, 110/35/10 kv-luq Bərdə yarımstansiyasında 10 kv-luq qapalı paylayıcı qurğunun tikintisi davam etdirilmişdir.
Müxtəlif diametrlı 2138 metr qaz xətləri çəkilmiş, 140 ədəd qaz sayğacları yenisi ilə əvəz edilmiş, şəbəkədə xidmət işlərinin səviyyəsi yüksəlmişdir. Rüb ərzində Həsənqaya kəndi ərazisində yeni tikilmiş 866 ailəlik yaşayış məhəlləsi tam qazlaşdırılmış, 1198 abonentə, o cümlədən 2 sənaye obyektinə təbii qaz verilmişdir. Rayonun kəndlərinin qazlaşdırılması işi davam etdirilir.
Rüb ərzində içməli suyun sərfiyyatının müəyyənləşdirilməsi üçün yeni 69 ədəd su sayğacı quraşdırılmış, 12 subartezian quyusunun elektrik sayğacları elektron tipli sayğaclarla əvəz edilmiş, 3 quyunun dərinlik nasosları yenisi ilə əvəz edilmişdir.
Rüb ərzində 96 nömrə tutumlu Lənbəran, 256 nömrə tutumlu Xanərəb, 172 nömrə tutumlu Muğanlı kənd elektron ATS-ləri istiqamətində radio-rele avadanlığı qurularaq, Qaradırnaq elektron ATS-i istiqamətində optik xətt çəkilərək internet verilmiş, Həsənqaya kəndi ərazisində yeni tikilmiş yaşayış məhəlləsində elektron ATS-in tutumu 256 nömrəyə çatdırılmış, Zümrxan kəndində əlavə 30 abunəçi xətti çəkilmiş, Bərdə-Tərtər və Bərdə-Yevlax istiqamətində hava xətləri yeraltı çəkilmişdir. Rüb ərzində qovşağın gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 62.6 min manat, qovşağın internetdən əldə etdiyi gəlirlər 67 faiz artar artmış, poçt xidməti üzrə plan-proqnoza 133,9 faiz əməl edilmişdir.
Rüb ərzində şəhərin Heydər Əliyev prospektində 4/6 saylı, Ü.Hacıbəyov küçəsində 1 saylı kommunal binaların dam örtükləri yenidən vurulmuş, Heydər Əliyev prospektində 22, Təbriz küçəsində 3 saylı binaların kanalizasiya xətləri yenisi ilə əvəz edilmişdir.
Rüb ərzində vətəndaşların müraciətlərinə baxılması sahəsində ardıcıl tədbirlər davam etdirilmişdir. Rüb ərzində 2013-cü ilin müvafiq dövrünə nisbətən daxil olan vətəndaş müraciətlərinin sayı 16,0 faiz azalmışdır.
Rüb ərzində rayon İcra Hakimiyyəti başçısı apatında 1380 nəfər qəbul edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 11 qəbul-görüşü keçirilmiş, bu qəbul görüşlərdə 2630 nəfər sakinin iştirakı təmin edilmiş, 95 nəfərin müraciəti dinlənilmiş və onların çoxu yerindəcə həll edilmişdir.
Yığıncaq müzakirə edilən məsələ ilə əlaqədar müvafiq qərar qəbul etmişdir.