Səhiyyə nazirliyinin səyyar kollegiya iclası
19 aprel 2014 | 15:00
Azərbaycan Respublikasının Səhiyyə nazirliyinin Bərdə Diaqnostika mərkəzində keçirilən səyyar kollegiya iclasında Azərbaycan Respublikasının Səhiyyə naziri cənab Oqtay Şirəliyev, nazirliyin kollegiya üzvləri, məsul işçiləri, Mingəçevir və Yevlax şəhər, Ağdam, Bərdə və Tərtər rayonlarının Mərkəzi xəstəxanalarının baş həkimləri, şöbə müdürləri və baş mütəxəssisləri iştirak etmişlər.
Səyyar kollegiya iclasında səhiyyənin statistik göstəriciləri təhlil edilmiş, əhaliyyə göstərilən tibbi xidmətin keyfiyyəti, əhalinin tibbi müayinədən keçməsinin gedişi, vətəndaş müraciətlərinin icrası vəziyyəti müzakirə edilmişdir.