Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatında kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqlarla görüş

24 aprel 2014 | 15:00
 

Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının inzibati binasında keçirilmiş görüşdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, YAP Bərdə rayon təşkilatının fəalları iştirak etmişdir. Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət xanım Şadlinskaya,  rayon Uşaq fondunun sədri Ofeliya xanım Hüseynova çıxış etmişlər.
Çıxışlarda memari xalqımızın ümummilli lideri Heydər Əliyev olan müstəqil Azərbaycanımızda uşaqlara qayğı daima diqqət mərkəzində saxlanıldığı, Dövlət Uşaq siyasətinin Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən olduğu, kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlara Heydər Əliyev Fondunun Prezidenti,  YUNESKO və İSESKO –nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilmişdir. Uşaqların cəmiyyətimizin gələcəyi olduğu, vətənimizin gələcəyinin məhz uşaqlara mənsub olduğu diqqətə çatdırılmış, uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə edilmişdir. 
Görüşün sonunda kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlara maddi yardım və Azərbaycanın milli bayrağı təqdim edilmişdir.

Keçidlər