Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə akademik Zərifə xanım Əliyevanın xatirəsi anılmışdır

29 aprel 2014 | 15:00

             Bərdə şəhərindəki Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseydə görkəmli oftalmoloq alimin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
            Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə akademik Zərifə xanım Əliyevanın məktəb-liseyin həyətindəki büstü önünə gül-çiçək düzmüş, görkəmli oftalmoloq alimin xatirəsinə ehtiramlarını bildirmişlər.
             Tədbirdə Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya məruzə ilə çıxış edərək akademikin zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışmışdır. Bildirmişdir ki, Zərifə xanım Əliyeva azərbaycanlı ziyalı qadın adını ən yüksək mərtəbəyə qaldıran unudulmaz simalardandır.
             Tədbirdə digər çıxış edənlər də görkəmli alimin keçdiyi mənalı həyat yolundan, fəaliyyətindən, oftalmologiya elminin inkişafındakı xidmətlərindən bəhs etmişlər. Çıxışlarda akademik Zərifə xanım Əliyevanın xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi xüsusi vurğulanmışdır.
            Tədbirdə məktəblilərin iştirakı ilə “Şən startlar” oyunu, səhnəcik və musiqili kompozisiya nümayiş olunmuşdur.

Keçidlər