Bərdə şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin təntənəli nikah mərasimi
Bərdə şəhərindəki Heydər Əliyev Mərkəzində ilk dəfə nikah mərasimi keçirilmişdir. Yeni ailə quran gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin irsini və şərəfli ömür yolunu əks etdirən eksponatlarla tanış olmuşlar. Mərkəzdə nikah aktının imzalanması mərasimi keçirilmişdir. Nikah müqaviləsi rayon sakinləri Cabir Abbasov və Nəsibə Əlizadə arasında bağlanmışdır.
Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya yeni ailə quran gəncləri təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir.
Gənclər nikah mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını bildirmiş və Xatirə kitabına ürək sözlərini yazmışlar.
Evlənən cütlüklərə hədiyyələr təqdim olunmuşdur.