“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyin təşkilatçılığı ilə “Gələcək sağlam gənclərindir” adlı layihə əsasında tədbir
01 may 2014 | 15:00
Akademuk Z.Əliyeva adına Texniki Təmayülllü tam orta məktəbdə keçirilən
tədbirdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin sədri Şahin Hüseynov, layihənin ekspertləri Xalid İbrahimsoy və Kamran Zeynalov, rayonun fəal qadın müəllimləri-cəmi 120 nəfər iştirak etmişdir.
Diskusiya şəklində keçirilən tədbirdə Antinarkomaniya sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər yüksək qiymətləndirilmiş, bu sahədə gənclərin avanqard rolu qeyd edilmiş, narkomanlığın acı nəticələri və narkomanlığın qarşısının alınması üçün görülən işlər geniş təhlil edilmiş, sağlam gəncliyin təmini üçün tədbirlər müzakirə edilmişdir.