Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibə zamanı hərbi hissələrin göstərdikləri qəhrəmanlığın təbliği" mövzusunda tədbir.

03 may 2014 | 15:00
 

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Fəxrəddin Əzizov, "Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər" İctimai Birliyinin sədri Əzizağa Qənizadə, sədr müavini İbrahim Əsgərov, Vətənpərvərlik komissiyasının sədri Valeh Rəfiyev, üzv Natiq Səmədov, Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibə zamanı hərbi hissələrin sabiq əsgər və zabitləri – cəmi 60 nəfər iştirak etmişdir.
Tədbir iştirakçıları rayonun Mərkəzi meydanında ucaldılmış ümummilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq ehtiramlarını bildirmişlər.
Tədbirdə "Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər" İctimai Birliyinin sədri Əzizağa Qənizadə, sədr müavini İbrahim Əsgərov, Vətənpərvərlik komissiyasının sədri Valeh Rəfiyev, Bərdə rayon şöbəsinin sədri Tofiq İsmayılov, Ağdam rayon şöbəsinin sədri Fizuli Qasımov, Tərtər rayon şöbəsinin sədri Nizami Heydərov, Bərdə rayon Qadınlar Şurasının sədri Rahilə Babayeva, Bərdə rayon Ağsaqqallar Şurasının sədr müavini Arif Əliyev, Qarabağ müharibəsi veteranı Garay Əsədov çıxış etmişlər.
Qeyd edilmişdir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərində heç bir təcrübəsi olmayan, vahid komandanlıq altında birləşməyən Azərbaycan əsgəri misilsiz qəhrəmanlıqlar göstərmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycana hakimiyyətə gəldikdən sonra Azərbaycan Ordusunun vahid komandanlıq altında birləşdirilməsi təmin olunmuş, bunun da bariz nümunəsi, bütün cəbhə boyu erməni işğalçılarının hərbi əməliyyatlarının qarşısının alınması və Fizuli rayonu ərazisində aparılan əməliyyatlardır. Azərbaycan Respublikasının Baş komandanı cənab İlham Əliyevin diqqət və qayğısı ilə hazırda Azərbaycan Ordusu Qafqazın ən güclü ordusuna çevrilmişdir və Azərbaycan Ordusu Qafqazda sülhün təminatçısıdır. Bu gün də veteran döyüşçülər Azərbaycan Respublikasının Baş komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycanın ərazi bütövlüyünü qısa müddətdə təmin etməyə hazırdır və Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacğına əmindirlər.
  Tədbir iştirakçılarının bir qrupunu Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev qəbul etmiş, "Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər" İctimai Birliyinə suvinir hədiyyə bağışlamışdır.
Tədbir iştirakçılarının bir qrupu rayon İcra Hakimiyyəti başçısı aparatının foyesində ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkili çəkdirmişlər.

Keçidlər