Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş rayonun məktəbli şahmatçılarının rayon birinciliyi yarışının final mərhələsi
Şahmat Uşaq Gənclər İdman Məktəbin rayon Təhsil şöbəsi ilə birgə təşkilatçılığı ilə 2014-cü ilin aprel ayının 28-dən may ayının 3-dək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönü ilə əlaqədar şahmat üzrə rayon birinciliyi yarışları keçirilmişdir. Yarışlarda 60 nəfər şahmatçını birləşdirən 10 komanda qələbə uğrunda mübarizə aparmışdır.
Şahmat üzrə rayon birinciliyinin final mərhələsi 3 may 2014-cü il tarixdə rayon Şahmat Uşaq Gənclər İdman Məktəbində keçirlmişdir.
Daha yaxşı oyun nümayiş etdirən Bərdə şəhər 3 saylı tam orta məktəbin komandası I yeri, 5 saylı tam orta məktəbin komandası II yeri, Akademik Zərifə Əliyeva adına Texniki Təmayüllü məktəb-liseyin komandası III yeri tutmuşdur.
Qalib komandalar və yarışda fərqlənən ayrı-ayrı şahmatçılar rayon Təhsil şöbəsinin kuboku, diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.