Şriftin ölçüsü :

Saytın rəngi :

Alman faşizmi üzərində qələbənin 69-cu ildönümü ilə əlaqədar tədbir

10 may 2014 | 15:00

Alman faşizmi üzərində qələbənin 69-cu ildönümü ilə əlaqədar tərbirdən öncə Böyük Vətən Müharibəsi və arxa cəbhə iştirakçılarının bir qrupu rayonun mərkəzi meydanında ucaldılmış heykəlin önünə tər gül-çiçək dəstələri qoyaraq etiramlarını bildirmişlər.
Qəhrənamlar parkında keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyasının fəalları, Böyük Vətən Müharibəsi və arxa cəbhə iştirakçıları və onların ailə üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının işçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri – cəmi 2000 nəfər iştirak etmişlər.
Tədbiri Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev açmış,  Alman faşizmi üzərində qələbənin 69-cu ildönümü münasibəti ilə  tədbir iştirakçıları alman faşizmi üzərində qələbənin əldə edilməsində canlarını qurban verənlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev məruzə ilə çıxış etmişdir.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bərdə rayon şöbəsinin sədri polkovnik leytenant Mətləb Murğuzov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələri Şurasının Bərdə rayon şöbəsinin sədri Oqtay Həşimov çıxış etmişlər.
           Qeyd edilmişdir ki, Alman faşizmi üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının, o cümlədən bərdəlilərin misilsiz xidmətləri olmuşdur. 1941-1945-ci illərdə 700 min nəfərə yaxın azərbaycanlı silaha sarılaraq faşizmə qarşı mübarizədə iştirak etmişdir. Onların yarıdan çoxu həlak olmuşdur. Müharibədə böyük igidliklər göstərdikləırinə görə 123 nəfər azərbaycanlı, o cümlədən rayonumuzun Zümürxan kənd sakini Aslan Vəzirov Sovet İttifaqı qəhrəmanı kimi fəxri ada layiq görülmüşdür.
Böyük Vətən Müharibəsi adlandırılan həmin qanlı savaşda arxa cəbhənin əməkçiləri misilsiz xidmətlər göstərmişdir. Müharibə dövründə SSRİ-də istehsal olunan neftin 90 faizi Bakının payına düşürdü, hərbi texnikanbın çox böyük əksəriyyəti Bakı nefti ilə hərəkət edirdi. 
           Keçən əsrin 90-cı illərində Azərbaycanın həmin dövrdəki səriştəsiz rəhbərləri tərəfindən faşizm üzərində tarixi qələbənin üzərinə qara ləkə salmağa cəhd edilmişlər. Yalnız xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra xalqımız üçün böyük itkilərə səbəb olmuş bu müharibənin veteranlarına diqqət və qayğı bərpa edilmiş, haqq-ədalət öz yerini tapmışdır.
            Bu gün Böyük Vətən Müharibəsi əlillərinə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən daima diqqət və qayğı göstərilir. Alman faşizmi üzərində qələbənin 69-cu ildönümü ilə əlaqədar  Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncam bunun bariz nümunəsidir. 
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev Böyük Vətən Müharibəsi və arxa cəbhə iştirakçılarının hər birini təbrik etmiş, onlara qiymətli hədiyyələr təqdim etmiş, onlarla söhbət etmişdir.
Rayonun Yeni Daşkənd kənd tam orta məktəbinin “Cəsurlar” hərbi-idman komandası tədbir iştirakçıları qarşısından hərbi addımlarla keçmişlər.
Tədbirdə Bərdə şəhər 3 saylı tam orta məktəbin şagirdləri bədii kompozisiya ilə, rayon Mədəniyyət  evinın ansanblı rəngarəng konsert proqramı ilə çıxış etmişlər. 

Keçidlər