Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar tədbir

11 may 2014 | 15:00

Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyasının fəalları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və işçiləri, ictimaiyyət nümayəndələri rayonun mərkəzi meydanında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini yad etmişlər.
             Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev rayon fəallarının bir qrupu ilə birlikdə Heydər Əliyev Mərkəzində eksponatlarla tanış olmuşlar.
Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar rayon Mədəniyyət evində keçirilən tədbiri giriş nitqi ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev açmış, tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev  ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar məruzə etmişdir.
Tədbirdə ümummilli lider Heydər Əliyevlə görüşmüş rayon sakinləri Zərintac Quliyeva və Minayə Quliyeva çıxış etmişlər.
         Tədbirdə ümummilli lider Heydər Əliyevin 91-ci yubileyi ilə əlaqədar YAP sıralarına qəbul yeni qəbul edilmiş bir qrup rayon sakininə YAP üzvülük vəsiqələri təqdim edilmiş, YAP rayon təşkilatının təşkilatçılığı ilə  rayon Təhsil şöbəsi və rayon Mədəniyyət şöbəsi  ilə birgə “Breyn rinq” və “İstedad sorağında” müsabiqələrinin qaliblərinə YAP rayon təşkilatının Diplom,  Fəxri-fərmanı və qiymətli hədiyyələri verilmişdir. 
       Tədbirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə rayonun incəsənətxadimləri geniş konsert proqramı ilə çıxış etmişlər.
        Gün ərzində rayon sakinləri ümummilli lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış heykəli önünə tər gül-çıçık dəstələri qoyaraq xatirəsini anmışlar.

Keçidlər