Ailə günü ilə əlaqədar dəyirmi masa
Bərdə rayon elktron kitabxanada keçirilən tədbirdə dövlətin əsasını ailə təşkil etdiyi qeyd edilmiş, ümummili lider Heydər Əliyevin ailənin qorunub saxlanılması və möhkəmləndirilməsinə xüsusi diqqət yetirdiyi, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin ailənin inkişafına xüsusi diqqət yetirməsi nəticəsində ölkəmizdə demoqrafik vəziyyətin çox müsbət olduğu qeyd edilmişdir.
Diskusiya şəklində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə rayonda aparılan tikinti-abadlıq işləri nəticəsində sakinlərin məşğulluğu təmin edilir, ailələrin dincəlməsi üçün kifayət qədər yüksək şəraitin yaradıldılmış, ailənin möhkəmləndirilməsi üçün geniş tədbirlər həyata keçirilmişdir. Bu gün rayonun əhalisinin həyat səviyyəsi günü-gündən yüksəlir, ailələrin məişət problemləri sürətlə həll edilir.