“Müstəqilliyimiz və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Bərdə rayon İcra Hakimiyyəti ilə birgə rayonda “Müstəqilliyimiz və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirmişdir.
Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edən Səyyad Salahlı, Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Komitənin Qarabağ nümayəndəliyinin şöbə müdiri Əlzadə Nəcəfov, rayonun dindarları və ictimayətin nümayəndələri iştirak etmişlər.
Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edən Səyyad Salahlı, Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya və rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış etmişlər.
Qeyd edilmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətləri yüksək səviyyədə qurulmuş, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişafı üçün geniş tədbirlər həyata keçirilir. Bu gün Azərbaycan dini teloriantlığa görə dünyanın say seçmə dövlətidir və bir çox dövlətlər üçün nümunədir. Ölkəmizdə milli mənəvi dəyərlərə, tarixi-dini abidələrə, eləcə də dini icmaların və din xadimlərinin fəaliyyətinə yüksək qayğı göstərilir. 2013-cü ildə Bərdə rayonunun Seyidyusifli kəndində seyid Yusif Ağanın məqbərə kompleksinin inşa edilmiş, ərazidə geniş abadlıq işləri aparılmış, ziyarətgaha gediş-gəlişi asanlaşdırmaq üçün 6,3 km yol asfaltlaşdırılmışdır. Bununla yanaşı “Bərdə” türbəsi bərpa edilir. Ölkəmizdə dini və mənəvi-əxlaqi dəyərlərin qorunması, qadağan olunmuş dini təriqətlərin qarşısının alınması istiqamətində görülən işlər xalqımızın dinc və firəvan yaşamasına xidmət edir. Bu gün bütün respublikamızda olduğu kimi Bərdə rayonunda dini durum sabitdir.