Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Gənclərinin VII Forumu ilə əlaqədar rayon gənclərinin toplantısı

27 may 2014 | 15:00

Toplantı öncəsi rayon gənclərinin bir qrupu mərkəzi meydanda ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq hörmət və ehtiramlarını bildirmişlər. Həmçinin Heydər Əliyev Mərkəzini ziyarət etmiş, nümayiş etdirilən eksponatlarla tanış olmuşlar.
Rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında keçirilən toplantıda rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət xanım Şadlinskaya, rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov, rayonun fəal gəncləri, ağsaqqallar və qadınlar şurasının üzvləri – cəmi 265 nəfər iştirak etmişdir.
Toplantıda Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir. Toplantını rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov  giriş nitqi ilə açmış və geniş məruzə ilə çıxış etmişdir. Toplantıda Heydər Əliyev mərkəzinin elmi işçisi Fazər Hümbətov, rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı-məsləhətçisi Fərid Fərzəliyev, Gənclər arasında keçirilən “Breyn-rinq” intellektual yarışının Respublika birinciliyinin bürünc mükafatçısı Ruslan Əhmədov, Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin tarix müəllimi Elgün Qocamanov,  yeniyetmələr arasında taekvondo üzrə Azərbaycan çempionu, II dan qara kəmər sahibi, ölkə millisinin üzvü Hüseyn Talıblı, rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət xanım Şadlinskaya çıxış etmişlər.
Toplantı iştirakçıları Azərbaycan Gənclərinin VII Forumunda iştirak etmək üçün 10 nəfər nümayəndə seçmişlər.
Toplantıda Respublika gənclərinin formlararası dövründə ayrı-ayrı sahələrdə fərqlənən və nailiyyətlər əldə etmiş 10 nəfər gənc qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
  Toplantı iştirakçıları rayonun gəncləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul etmişlər.

Keçidlər