Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş günü ərəfəsində əlil və şəhid ailələri üçün yeni tikilmiş 36 mənzilli binanın açılışı

14 iyun 2014 | 15:00

          Bərdə şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikilmiş 4 mərtəbəli 36 mənzilli yaşayış binası Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilmişdir.
         Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab
Səlim Müslümov, rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev,   rayon rəhbərliyi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, şəhid ailələri, Qarabağ müharibəsi döyüşçüləri, əlilləri  – cəmi 200 nəfər iştirak etmişdir.       
         Tədbiri giriş nitqi ilə açan rayon Əmək və əhalinin sosial müdafiəsi
mərkəzinin direktoru Raqub Məmtiyev  36 mənzilli binanın açılışı münasibətilə mənzil sahiblərini təbrik etdi.
         Tədbirdə Qarabağ müharibəsi döyüşçüsü, sabiq briqada komandiri Gəray Əsədov,  şəhid atası Bərxudar Rüstəmov  çıxış edərək əlillərə, şəhid ailələrinə, müharibə veteranlarına göstərilən dövlət səviyyəsində qayğiya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
               Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev həm Milli Qirtuluş günü,  həm də  açılış münasibətilə tədbir iştirakçılarını və mənzil alanları təbrik etmiş,  bu  açılışın əhalinin sosial cəhətdən həssas təbəqələrinin rifah halının yaxşılaşdırılmasına  ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən xüsusi diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirmişdir.

                Tədbirdə respublika Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümov ölkə də son illər qazanılan  uğurlardan, əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən, Qarabağ müharibəsi veteranlarına və əlillərinə, şəhid ailələrinə dövlət qayğısından danışmış, yeni mənzil alanları binanın açılışı münasibəti ilə təbrik etmişdir. Cənab nazir öz çıxışında bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial rifahının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə rəhbərinin diqqət mərkəzindədir. İndiyədək 5 minədək əlil və şəhid ailəsi mənzillə, 4500-ə yaxın əlilliyi olan şəxs avtomobillə təmin edilmişdir. Dövlətimizin başçısının 2013-cü il 23 dekabr tarixli Sərəncama əsasən bu ilin əvvəlinədək növbədə olan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin avtomobillə təminatı başa çatdırılmışdır. Yaxın vaxtlarda isə Prezidentin 2014-cü il 30 aprel tarixli Sərəncamına uyğun olaraq, bu ilin əvvəlinədək növbədə dayanan Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsinə başlanılacaqdır.
                  Sonra  mənzillərin orderləri təqdim edilmiş və binaya, mənzillərə dir.
baxış keçirilmişdir. Buradakı mənzillər su, qaz, istilik sistemi, mətbəx mebeli ilə təmin edilmişdir. 
 

Keçidlər