Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Günü qeyd olunmuşdur
Bərdə şəhərindəki Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilarının, hüquq mühafizə
orqanlarının, idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri əvvəlcə
Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmiş, Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.
Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya tədbirdə çıxış edərək, 21 il əvvəl ölkədə baş verən hadisələri bir daha xatırlatmış, ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də
Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtarmış, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanmış, əmin-amanlığa və siyasi sabitliyə nail olunmuşdur. Qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.
Tədbirdə rayon Təhsil şöbəsinin müdiri R.Şərifov, rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru F.Hümbətov və başqaları çıxış edərək bu günün tarixi əhəmiyyətindən danışmışlar.
Tədbirdə YAP sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edilmiş, şəhər 1saylı Uşaq incəsənət məktəbinin şagirdlərinin ifasında kompozisiya ilə davam etmişdir.