Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri cənab Kamal Abdullayevin rayon ziyalıları, din xadimləri ilə görüşləri, Bərdə İmamzadəsi ilə tanışlığı.

22 iyun 2014 | 15:00

Tədbirlərdən öncə Azərbaycan Respublikasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri cənab Kamal Abdullayev və rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev rayonun mərkəzi meydanında ucaldılmış ümummilli lider Heydər Əliyevin heykəli önünə tər gül dəstələri qoyaraq hörmət və ehtiramlarını bildirmişlər.
  Azərbaycan Respublikasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri cənab Kamal Abdullayev Bərdə rayonuna səfər etmiş, Heydər Əliyev Mərkəzində rayon ziyalıları ilə görüşmüşdür. Tədbirdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri cənab Kamal Abdullayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Pənah Cahangirov, rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, rayonun ziyalıları – cəmi 60 nəfər iştirak etmişdir.
Rayon ziyalıları ilə görüşdən sonra sonra  Azərbaycan Respublikasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri cənab Kamal Abdullayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Pənah Cahangirov, rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev və digər məsul şəxslər ümummilli lider Heydər Əliyev Mərkəzində nümayiş etdirilən eksponatlarla tanış olmuşlar.
Azərbaycan Respublikasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri cənab Kamal Abdullayev Bərdə şəhər Cümə məscidində rayonun din xadimləri ilə görüşüb söhbət etmişdir.
Hər iki tədbir diskusiya xarakterində aparılmış, iştirakçıların fikir mübadiləsi üçün geniş şərait yaradılmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış şərait nəticəsində ölkəmizdə millətlərarası münasibətlər yüksək səviyyədə qurulmuş, dinlərarası ünsiyyət təmin edilmiş, Azərbaycan toleriant ölkə kimi dünyaya nümunəyə çevrilmişdir.
Azərbaycan Respublikasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri cənab Kamal Abdullayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Pənah Cahangirov, rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev və digər məsul şəxslər VIII-IX əsrdə tikilmiş Bərdə İmamzadəsi ilə tanış olmuşlar.  Tədbir iştirakçılarına Bərdə İmamzadəsi və burada saxlanılan tarixi abidələr barədə geniş məlumat verilmişdir.

Keçidlər