Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Bərdə şəhərində vətəndaşları qəbul etmişdir

28 iyun 2014 | 15:00
27 iyun  2014-cü il tarixində Azərbaycan Respublikası Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Akademik Zərifə Əliyeva adına texniki təmayüllü Bərdə şəhər məktəb-liseyində Bərdə, Ağdam və Tərtər rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir. Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 151, digər məsələlərlə bağlı müraciət etmiş 71 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunmuşdur. Qəbuldan əvvəl Azərbaycan Respublikası Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev Akademik Zərifə Əliyeva adına texniki təmayüllü Bərdə şəhər məktəb-liseyin həyətində Akademik Zərifə Əliyevanın büstü önünə tər gül dəstələri qoyaraq ehtiramlarını bildirmişlər.          Qəbuldan sonra  Azərbaycan Respublikası Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov rayon Mərkəzindəki qəzalı vəziyyətdə olan kommunal yaşayış binaları və  yeni tikilən Heydər Əliyev adına park-bulvarla tanış  olmuşdur.
Keçidlər