2014-cü ilin birinci yarısında Bərdə rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn məsələlər Bərdə Rayon İcra Hakimiyyətinin hesabat yığıncağında da ətraflı müzakirə olunmuşdur.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev 2014-cü ilin birinci yarısında rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə etmiş, məruzə ətrafında rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Raqub Məmtiyev, rayon Polis şöbəsinin rəisi Hikmət Quliyev, rayon İcra Hakimiyyəti başçısınıın Mirzəcəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məqsəd Əzizov, rayon Mədəniyyət və turizm şöbəsinin müdiri İlyas Hacıyev, Subartezian quyuları istismarı idarəsinin rəisi Qulu Abışov çıxış etmişlər.
Ötən altı ay ərzində rayonda 36 hektar ərazini əhatə edən Heydər Əliyev adına park-bulvarının tikintisi davam etdirilmiş, park-bulvarda giriş arkası, 6 fontan, 2 süni göl, çay evi, mini idman meydançası, yay kinoteatrı, inzibati bina, asma körpü, avtomaşın dayanacağı tikilmişdir.
Cari ilin ötən dövründə rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, rayon Təhsil şöbəsinin, 1 saylı Musiqi məktəbinin, Əmlak komitəsinin Reyestr xidmətnin rayon şöbəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyasının inzibati binalarının tiknitisi başa çatdırılmış, “Bərdə” türbəsinin bərpası, Mədəniyyət sarayının, Gənclər Evinin, məcburi köçkünlər üçün 1700 ailəlik yeni yaşayış məhəlləsinin, “Avromed” MMC binasının, Qazaxlar, Nazırlı kənd tam, şəhər 7 saylı ümumi orta məktəblərin, “ASAN xidmət” Mərkəzinin, Mehdili kəndində müasir Yem zavodunun, tutumu 2000 ton olan soyuducu anbarın, Yol Polis xidmətinin müasir binasının tikintisi davam etdirilmiş, şəhər 2, 5,6 saylı tam orta məktəblərin əsaslı təmirinə başlanmış, Türkmən kənd tam orta məktəbin tikintisi, Mollaisalar-Bayramlı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun əsaslı təmiri üçün tədbirlər görülmüşdür.
Altı ay ərzində rayonda 191,8 milyon manatlıq ümumi məhsul istehsal edilmişdir ki,bu da keçən ilin müvafiq dövrünə nisbətən 15,6 faiz çoxdur. Altı ayda 6.1 milyon manat dəyərində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmiş, 67,1 milyon manat dəyərindəkənd təsərrüfatı məhsulu istehsal edilmiş,74 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüşdür., 2013-cü ilin müvafiq dövrünə nisbətən sənaye məhsulu istehsalı 13,5 faiz, kənd təsərrüfatı 8,5 faiz, tikinti –quraşdırma işləri 20,1 faiz, nəqliyyat və anbar xidməti 7,5 faiz, informasiya və rabitə xidmətləri 19,3 faiz, ticarət xidmətləri 21,5 faiz artmışdır.
2014-cü ilin birinci yarım ilində rayon büdcəsinin yerli gəlirləri proqnozuna 105,0 faiz, xərcləri proqnozuna 98,8 faiz əməl edilmişdir. Bütün zəruri xərclər icra edilmişdir.
Altı ay ərzində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 4,9 faiz artaraq 8.6 min nəfərə çatmışdır. Mehdili kəndində Bərdə Aqrar Sənaye Kompleksində yeni yem istehsalı müəssisəsinin tikintisinə başlanmışdır. Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredit təşkilatları tərəfindən 2014-ci ilin birinci yarısında 224 layihə üzrə sahibkarlara 6,5 milyon manat kredit verilmişdir. Bu layihələrin həyata keçirilməsi nəticəsində rayonda 303 yeni iş yerləri yaradılacaqdır. Rayonda həyata keçirilmiş tədbirlərin nəticəsində altı ay ərzində 1920 yeni iş yerləri açılmışdır ki, bunun da 780-i daimi iş yerləridir.
Cari ilin ötən dövründə kənd təsərrüfatı sahəsində uğurılar əldə edilmişdir.Taxıl biçini qısa müddətdə başa çatdırılmış, 54,6 min ton taxıl, o cümlədən 45,3 min ton buğda və 9,3 min ton arpa istehsal edilmişdir.
Altı ay ərzində rayondan Bakı şəhərinə təşkil olunan yarmarkalara 154,6 ton müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir.
Əhalinin və iqtisadiyyatın elektrik enerjisi, təbii qaz və içməli su ilə fasiləsiz təmini istiqamətində işlər davam etdirilmişdir. Altı ay ərzində 110/35/10 kv-luq Bərdə yarımstansiyasında qapalı paylayıcı qurğu tikilmiş, hazırda qurğunun 10 kv-luq kabellərinin çəkilişi və bərpası davam etdirilr, 35/10 kv-luq S.Vurğun yarımstansiyasından çıxan 10 kv-luq 3 saylı kənd hava xətti yenidən tikilmiş, 353 ədəd yeni sayğac quraşdırılmış, 28 ədəd 10 kv-luq, 17 ədəd 0,4 kv-luq yeni beton dirəklər basdırılmış, 18 ədəd 10/0,4 kv-luq transformator yarımstansiyası, 9,2 km 10 kv-luq və 3,7 km 0,4 kv-luq elektrik hava xətləri, 110/35/35 kv-luq Bərdə yarımstansiyasından qidalanan 10 kv-luq 9 hava xətlərinin yağ acarları əsaslı təmir edilmişdir.
Altı ay ərzində 1335 abonentə təbii qaz verilmiş, qaz itkilərinin qarşısının alınması üçün 2,4 km qaz xətləri çəkilmiş, 232 ədəd istismar müddətini bitirmiş qaz sayğacları yenisi ilə əvəz edilmişdir. Altı ay ərzində istehlak edilmiş təbii qazın dəyərinin 91,7 faizi, o cümlədən güzəştsiz əhali üzrə 97,4 faizi ödənilmişdir.
İçməli suyun sərfiyyatının müəyyənləşdirilməsi üçün 88 ədəd yeni su sayğacı quraşdırılmış, 8 quyunun dərinlik nasosları yenisi ilə əvəz edilmişdir.
Altı ay ərzində 524 ümumi nömrə tutum olan Lənbəran, Xanərəb, Muğanlı kənd elektron ATS-ləri istiqamətində radio-rele RADMİN-2000 avadanlıqları qurularaq, Qaradırnaq elektron ATS-i istiqamətində optik xətt çəkilərək internet verilmiş, Həsənqaya kəndi ərazisində yeni tikilmiş yaşayış məhəlləsində elektron ATS-in tutumu 256 nömrəyə çatdırılmış, Zümürxan kəndində əlavə 30 abunəçi xətti çəkilmiş, Bərdə-Tərtər və Bərdə-Yevlax istiqamətində hava xətləri yeraltı çəkilmişdir. Cəyirli kəndində 480 tutumu olan yeni elektron ATS quraşdırılaraq istifadəyə verilmiş və mənzillərə 128 telefon çəkililmişdir. Altı ay ərzində 531 ədəd telefon çəkilmiş, 660 abunəçi internetə qoşulmuşdur.
Altı ay ərzində vətəndaşların müraciətlərinə baxılması sahəsində ardıcıl tədbirlər davam etdirilmişdir. Altı ay ərzində rayon İcra Hakimiyyəti başçısı apatında 2817 nəfər qəbul edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 22 qəbul-görüşü keçirilmiş, bu qəbul görüşlərdə 4980 nəfər sakinin iştirakı təmin edilmiş, 191 nəfərin müraciəti dinlənilmiş və onların çoxu yerindəcə həll edilmişdir. Daxil olan müraciətlərin sayı 25,9 faiz, o cümlədən direktiv orqanlardan daxil olan müraciətlərin sayı 28,6 faiz azalmışdır.
Yığıncaq müzakirə edilən məsələ ilə əlaqədar müvafiq qərar qəbul etmişdir.