Şriftin ölçüsü :

Saytın rəngi :

Alpoud-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolunun sxemi ilə tanışlıq

08 oktyabr 2012 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 24 min nəfərdən çox əhalinin yaşadığı 14 kəndi birləşdirən 22 km uzunluqda yeni tikilmiş avtomobil yolunun sxemi, yolun əvvəlki və hazırkı vəziyyətini əks etdirən foto şəkillərlə tanış olmuşdur. Yolun başlanğıcında istirahət parkı tikilmiş, yol boyu bütün mühəndis kommunikasiya xətləri, ətrafdakı evlər və obyektlər müasir memarlıq üslubunda yenidən qurulmuş, ətraf ərazilər abadlaşdırılmış, yolda gecə işıqlandırması olan avtomobil dayanacaqları və yol işarələri quraşdırılmış, yolun kənarlarında yaşıllıq zolaqları salınmış, ağaclar əkilmişdir.

Keçidlər