Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon İcra Hakimiyyətində rayon ağsaqqalları və ağbirçəkləri ilə görüş-qəbul keçirilmişdir

15 iyul 2014 | 15:00

Bərdə rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyətinin başcısı cənabVidadi İsayev rayon ağsaqqalları və ağbirçəkləri ilə  görüş-qəbul keçirmişdir.  Görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Pənah Cahangirov iştirak etmişdir.
Görüş-qəbulda rayon Qadınlar şurasının sədri Rahilə Babayeva,  Pakizə Muxtarova,  rayon Ağsaqqallar şurasının sədri Həsən Həsənov, ağsaqqallar Arif Əliyev, Adil Hüseynov, Salman İsmayılov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həm daxili, həm xarici siyasət sahəsində atdığı addımları yüksək qiymətləndirmiş, onun rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində bütün Azərbaycanda və onun bir guşəsi olan Bərdə rayonunda gedən işlərin böyüklüyü, əhatəliliyi və sürətinin son dərəcə təqdirəlayiq olduğunu xüsusi vurğulamışlar.
Görüş-qəbulda rayon ağsaqqalları və ağbirçəklərinin təklif və istəkləri dinlənilmiş, həlli mümkün olan məsələlər yerindəcə həll edilmiş, digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılmışdır. 

Keçidlər