Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin təqdimatı keçirilmişdir.

21 iyul 2014 | 15:00

21 iyul 2014-cü il tarixdə  Bərdə rayon İcra Hakimiyyəti ilə  birgə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə qaydaları  haqqında işəgötürənlərin və işçilərin təlimatlandırılması üçün  təqdimat keçirmişdir. Təqdimatda Bərdə, Ağdam, Ağcabədi, Tərtər, İmişli, Sabirabad, Saatlı, Beyləqan, Füzuli rayonlarının işəgötürənləri iştirak etmişlər.
           Tədbiri giriş sözü ilə 7 saylı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Akif Baxşəliyev açmış,   elektron informasiya sisteminin əhəmiyyətindən danışmışdır.
           Təqdimatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi
Xidmətinin sektor müdiri Emin Allahverdiyev, strukturun Baş hüquqşünası Fuad Heydərov gücləndirilmiş imza sertifikatlarının necə əldə olunması,   sistemə daxil edilmiş məlumatların təhlükəsizliyinin təmin olunması və s. barədə sualları cavablandırmışlar.  Tədbirdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, bu sahədə səmərəli və operativ dövlət nəzarəti mexanizmi ilə bağlı praktik bilgilər aşılanmışdır.
            Təqdimat diskussiya şəklində keçirilmişdir.

Keçidlər