Milli Mətbuat Günü Bərdə rayonunda təntənə ilə qeyd edildi
İyulun 22-də Bərdə rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü münasibətilə tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları hər zaman jurnalistlərin dostu olmuş ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, dahi şəxsiyyətin adını daşıyan Mərkəzi gəzərək onunla bağlı eksponatlarla tanış olmuş, xatirəsinə öz dərin ehtiramlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev jurnalistləri peşə bayramları münasibətilə
təbrik edərək Milli mətbuatın xalqın tərəqqisində, dövlətin inlişafındakı rolundan və əhəmiyyətindən danışmışdır. Həmçinin mətbuatın zəngin və şərəfli tarixindən, böyük ziyalı H.B.Zərdabi ənənələrindən, ölkəmizdə mətbuat, söz, pluralizm azadlığından, demoktatiyanın əsas qolu olan KİV-in inkişafına əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bugün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açdı.
Tədbirdə “Açıq söz” qəzetinin xüsusi müxbiri Səttar Pənahlı, APA-nın müxbiri Teymur Quliyev, ”ATV”-nin bölgə müxbiri Hafiz Abbasov, “EL-tv”nin müxbiri Daşqın Abdullayev, Az.TV-nin bölgə müxbiri Allahverdi Əsədov, “Bərdə” rayon qəzetinin əməkdaşları Salman İsmayılov, Şükufə Əliyeva, Yaqub Əliyev çıxış edərək Respublika Prezidenti cənab İlham Əliyevin mətbuatın tərəqqisini daim diqqətdə saxladığından, jurnalistlərin problemlərinin həlli istiqamətində mühüm addımlar atıldığından minnətdarlıqla danışmışlar.
Tədbirdə “Bərdə” rayon qəzetinin redaktoru Elbrus Məmmədova təzəcə layiq görüldüyü “Qızıl qələm” mükafatı təqdim edildi.
Sonda Milli Mətbuat Günü münasibətilə rayon İcra Hakimiyyəti başçısı tərəfindən KİV nümayəndələrinə qiymətli hədiyyələr təqdim edildi.