Bərdədə seminar-müşavirə keçirilmişdir.
22 iyul 2014 –cü il tarixdə Bərdə şəhər Mərkəzi kitabxanasında Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzi rayon İcra Hakimiyyəti ilə birgə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması, texniki təhlükəsizlik qaydalarına əməl edilməsi sahəsində yerli icra hakimiyyəti və özünü idarəetmə orqanları ilə birgə müvafiq tədbirlərin həyata keçirilməsi, mülki müdafiə hazırlığının təşkil olunması” mövzusunda seminar müşavirə keçirmişdir.
Seminar -müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi F.Əzizov açmışdır.
Seminar-müşavirədə FHN Qarabağ Regional Mərkəzinin İctimaiyyətlə əlaqə və təbliğat sektorunun müdiri Ruslan Zeynalov, Texniki təhlükəsizlik işinin təşkili sektorunun müdiri Heydər Məmmədov , Operativ Məlumat şöbəsinin rəisi, baş leytenant Elnur Məhərrəmov mövzu ilə bağlı iştirakçılara məlumat vermiş, baş verə biləcək fövqəladə hadisələrin profilaktikasında birgə və səmərəli fəaliyyətin yolları və vacibliyi haqqında danışmışlar.
İştirakçılara təhlükəsizlik qaydalarına riayət etməni özündə əks etdirən buklet və plakatlar paylanılmışdır.