Şriftin ölçüsü :

Saytın rəngi :

Yoxsulluğun azaldılması və davamlı inkişaf barədə Bərdədə tədbir keçirilmişdir.

25 iyul 2014 | 15:00

25 iyul 2014-cü il tarixdə Bərdə rayonunda rayon İcra Hakimiyyəti ilə  Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın  yerinə yetirilməsi ilə bağlı QHT  sektoruna dövlət dəstəyi, onların fəaliyyətini tənzimləyən qanunlara edilən son əlavə və dəyişikliklər, həyata keçirilən layihələr barədə ictimaiyyəti məlumatlandırmaq üçün tədbir keçirilmişdir.
                 Tədbiri rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Fəxrəddin Əzizov açmışdır. Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə  Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev müzakirə mövzusu ilə bağlı çıxış etmiş, tədbir iştirakçılarını  maraqlandıran sualları ətraflı cavablandırmışdır.

Keçidlər