Prezident İlham Əliyev avqustun 14-də Bərdə rayonunun Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır
14 avqust 2014 | 15:00
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə on min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bərdə Rayon İcra Hakimiyyətinə 5,8 milyon (beş milyon səkkiz yüz min) manat ayrılmışdır.