Qəhrəmanlar parkının açılışı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bərdə şəhərində yeni tikilmiş sahəsi 4,5 hektar olan Qəhrəmanlar parkını açmış, parkla tanış olmuş, parkda ucaldılmış Ana heykəlinin önünə tər gül-çiçək dəstələri qoymuşdur.
Parkda Ana heykəli və ulu öndərin pannosu ucaldılmış, Azərbaycanın simvolu olan məşəl kompleksi, fontan, çay evi, gözətçi evi inşa edilmiş, uşaq istirahət guşəsi tikilmiş, ərazi qranit və tametlə, divarlar aqlay və dağ daşı ilə üzlənmiş, müasir işıqlandırma verilmiş, 20 min kv. metr yaşıllıq zolaqları salınmış, parkda 2500-dən çox qiymətli dekorativ ağaclar, 11 mindən çox gül əkilmiş, parka oturacaqlar və güldanlar qoyulmuş, yaşıllıqlara xidmət etmək üçün suvarma sistemi yaradılmış, ətrafdakı kommunal binaların dam örtükləri və fasadları əsaslı təmir edilmiş, ətraf ərazilər abadlaşdırılmışdır.