Uşaq əməyinin istismarının qarşısının alınması ilə bağlı Bərdədə tədbir keçirilmişdir
15 avqust 2014-cü il tarixdə H.Əliyev Mərkəzində respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və rayon İcra hakimiyyəti uşaq əməyinin istismarının qarşısının alınması ilə bağlı birgə tədbir keçirmişdir. Tədbirdə Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Laçın, Xocavənd rayonları üzrə yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları, Dövlət Əmək Müfəttişliyinin regional nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının əməkdaşları iştirak etmişlər. Tədbiri rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi F.Əzizov açmışdır. Komitənin uşaq problemləri şöbəsinin böyük məsləhətçisi P.Əliyev və məsləhətçisi F.Ədilov mövzu ilə bağlı çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırmışlar.