Şriftin ölçüsü :

Saytın rəngi :

14.07.2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon MKS-nin 2 nömrəli şəhər kitabxana filialının təşkilatçılığı ilə Səməd Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin oxu zalında Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində Ümummilli Lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı il dönümü münasibətilə “Azərbaycanın ink

16 iyul 2025 | 11:50
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai –siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Etibar xanım Hüseynova, Bərdə Rayon İcra Hakimiyyəti aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin tabeliyində olan Bərdə Rayonu üzrə Gənclər və İdman Sektorunun əməkdaşları, Bərdə rayon Vəkil Bürosunun üzvü Nəsirli Ayna Qanboy qızı, Bərdə Tarix və Digarşünaslıq muzeyinin direktoru Kəmalə Rəfibəyli, Qarabağ Regional Turizm İdarəsinin məsləhətçisi Nigar Qurbanova,1-ci Qarabağ müharibəsinin və Vətən müharibəsi iştirakçıları, rayonun ziyalıları, kitabxananın oxucuları iştirak edirdi.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən 2 nömrəli kitabxana filialının müdiri Nərgiz Cəfərova iştirakçıları salamlayaraq bildirdi ki, müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il tarixi Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır.
Qeyd edib ki, 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Ən başlıcası isə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub.
Bərdə rayon MKS-nin direktoru Səriyyə Kərimova bildirdi ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli Lider Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur.
Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai –siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov bildirdi ki, Ümummilli Lider 1969-cu ilə qədər keçmiş SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycanı inkişaf etmiş sənaye ölkəsinə, mədəniyyəti ilə bütün dünyada tanınan bir ölkəyə çevirərək bugünkü müstəqilliyimizin təməlini qoyub.
Tədbir iştirakçıların çıxışları ilə davam etdi.
Keçidlər