Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Gənc karateçilərin IX Açıq Qarabağ çempionatı keçirilmişdir

19 avqust 2014 | 15:00

Avqustun 19 –da  Bərdədə Gənc karateçilərin IX Açıq Qarabağ çempionatı  keçirilmişdir
Çempionat başlamamışdan öncə   iştirakçılardan bir qrupu Bərdə şəhərinin mərkəzində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək ona ehtiramlarını bildirmişlər.
Çempionatı giriş sözü ilə rayon Gənclər və İdmçan idarəsinin rəisi Anar Şahbazov açmışdır. Beynəxalq Avrasiya Mətbuat Fondunun sədri Umut Mirzəyev, respublika Aşihara-Karate Federasiyasının prezidenti, Əməkdar idman xadimi Maarif Bağırov və başqaları  idmana möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət qayğısından danışmış, gənclərə uğurlar arzulamışlar.
Çempionatda respublika üzrə 45 komandadan 200 nəfər idmançı yarişmışdır.
Çempionatda komanda hesabında say çoxluğu ilə Bərdə birinci, Xocavənd ikinci, Cəbrayıl üçüncü yerə layiq görülmüşlər

Keçidlər