Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “N” saylı hərbi hissədə tədbir keçirilmişdir

23 avqust 2014 | 15:00

Avqustun 22-də Bərdədə yerləşən “N” saylı hərbi hissədə Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayon İcra Hakimiyyəti ilə birgə ailə dəyərlərinin möhkəmləndirilməsi ilə bağlı tədbir keçirmişdir. Tədbirdə  ailə  dəyərlərimizin qorunub saxlanması və bu dəyərlərin gələcək nəsilllərə ötürülməsi, gənclərin düzgün tərbiyə olunması və maarifləndirilməsi məsələləri müzakirə edilmişdir.
        Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayon Qadınlar Şurasının sədri Rahilə Babayeva və “N” saylı hərbi hissə komandirinin şəxsiyyət və iş üzrə müavini Valeh Rəcəbov əsgərlər qarşısında müzakirə edilən məsələ ilə bağlı çıxış etmişlər.
 

Keçidlər