Bərdədə qaçqın və məcburi köckünlərin reinteqrasiyası ilə bağlı tədbir keçirilmişdir.
Avqustun 29-da Bərdədə Beynəlxalq Avrasiya Mətbuat Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının birgə əməkdaşlıq çərçivəsində “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə Yerli Vətəndaş Cəmiyyəti Təşkilatlarının (VCT) və İcma əsaslı təşkilatların potensialının artırılması” layihəsi ilə bağlı şəhər toplantısı kleçirilmişdir.
Toplantıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun Sədri Umud Mirzəyev, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Aleksandr Novikau, Bərdə rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış etmişlər.
Toplantıda Bərdədə məskunlaşmış qaçqın və mcburu köçkünlərin problemlərinin həlli ilə bağlı suallar cavablandırılmışdır. Tədbir diskussiya şəklində keçirilmişdir.