Rayon müəllimlərinin sentyabr konfransı
Konfransdan öncə rayonun fəal müəllimlərindən bir qrupu şəhərin mərkəzində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül çiçək dəstələri düzmüş, xatirəsinə ehtramlarını bildirmişlər.
Konfransdan öncə şəhər Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb liseyin şagirdləri konfrans iştirakçılarını salamlamışlar.
Konfrans öz işinə Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Konfransda rayon İcra Hakimiyyətinin başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət xanım Şadlinskaya, Təhsil Nazirliyi Müəllimlərin Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov, rayon Təhsil şöbəsinin məsul işçiləri, rayonun ümumtəhsil məktəblərinin direktorları və müəllimləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri – cəmi 384 nəfər iştirak etmişlər.
Konfransda rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov
2013-2014-cü tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etdi, Bərdə şəhər Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb liseyin direktoru V. Süleymanov, Yeni Əyricə kənd tam orta məktəbin direktoru Amil Hüseynov, 692 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakultəsinin tələbəsi adını qazanmış Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb liseyin məzunu Səbinə İsmayılova,Təhsil Nazirliyi Müəllimlərin Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov, rayon İcra Hakimiyyətinin başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP rayon təşkilatının sədri Fəqət xanım Şadlinskaya çıxış etdilər.
Konfransda 2013-2014-cü tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrlə əlaqədar müvafiq qərar qəbul edildi.
Konfransda təhsil sahəsində əldə etdikləri nailiyyətlərə görə müəllimlərdən 6 nəfərinə rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı, 22 təhsil işçisinə rayon Təhsil şöbəsinin fəxri fərmanı, qocaman müəllimlərdən bir qrupuna qiymətli hədiyyələr təqdim edildi.