Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə tələbələrlə görüş keçirildi

09 sentyabr 2014 | 15:00

       Avqustun 9-da Bərdə rayon Mədəniyyət Evində Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev başda olmaqla rayon rəhbərliyinin 2014-cü ildə ali məktəblərə, hərbi məktəb və liseylərə qəbul olunmuş tələbələrlə görüşü keçirilmişdir. Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı  Vidadi İsayev çıxış edərək bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər respublikamızın bütün regionlarında olduğu kimi Bərdə rayonunda da təhsilin inkişafı istiqamətində xeyli iş görülmüşdür.  Qeyd olunmuşdur ki, 1saylı Nazırlı kənd tam orta məktəbi üçün 220 şagird yerlik, Qazaxlar kənd tam orta məktəbi üçün 180 şagird yerlik, şəhər  7saylı ümumi orta məktəb üçün 360 şagird yerlik məktəb binaları, təhsil şöbəsi  üçün üçmərtəbəli  inzibati bina tikilib istifadəyə hazırdır.   Hazırda şəhər 2 və 5   saylı tam orta məktəblərində əsaslı təmir işləri davam etdirilir. Yaxın günlərdə şəhər 6 saylı tam orta məktəbinin əsaslı təmirinə, Türkmən kəndində yeni məktəb binasının tikintisinə başlanılacaq.
       Bildirilmişdir ki, 2013-2014-cü tədris ilinin məzunlarından 728 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Onlardan 344 nəfəri ali məktəblərə daxil olub. 63 nəfər məzun 500, o cümlədən 21 nəfər 600-dən yuxarı bal toplayıb. 21 məzun ali hərbi məktəblərə qəbul olunub.Yüksək bal toplayan məzunlardan üçü Prezident təqaüdünə namizəddir. Rayonun ümumtəhsil məktəbləri arasında ən yüksək nəticəni akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-lisey göstərib. Bu təhsil ocağının 75 məzununun 68-i ali məktəbə qəbul üçün sənəd verib, 63 nəfər tələbə adını qazanıb. Onlardan 12-si 600-dən, 9 nəfəri 500-dən çox bal toplayıb. Ali məktəblərə qəbul imtahanlarında iştirak edən 126  məzun keçid balı toplayaraq orta ixtisas məktəblərinə qəbul olunub. Qeyd olunmuşdur ki, cənab Prezidentin tapşırığına əsasən artıq ikinci ildir ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının bölgələrdə keçirilməsi imtahanlarda iştirak edən məzunlarda yüksək əhval-ruhiyyə yaradıb.

              Görüşdə qəbul imtahanlarında yüksək bal toplamış tələbələr, onların müəllim və valideynləri çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
       Sonda yüksək balla ali məktəblərə daxil olmuş tələbələrə və qabaqcıl təhsil işçilərinə     qiymətli hədiyyələr təqdim olunmuşdur.
        Tədbir rayon Mədəniyyət Evinin hazırladığı konsert proqramı ilə yekunlaşmışdır.
 

Keçidlər