Şriftin ölçüsü :

Saytın rəngi :

15 aprel 2025-ci il tarixdə Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Heydər Əliyev Mərkəzində "Ümummilli lider Heydər Əliyev Azərbaycan Dövlət Konstitusiyasının müəllifidir" adlı tədbir keçirilmişdir.

16 aprel 2025 | 16:07
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Ardınca vətən uğrunda canlarını qurban verən, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı islahatların əsasını təşkil etməsindən, Prezident İlham Əliyevin güclü siyasəti nəticəsində suverenliyimizin bərpasından, Azərbaycanın inkişafının yeni mərhələsindən və qüdrətli bir ölkəyə çevrilməsindən bəhs olunmuşdur. Tədbirin yekununda "Konstitusiya-Suverenliyin təməli " adlı sərgiyə baxış keçirildi. Sərgidə Mərkəzin kitabxana fondunda mühafizə olunan kitablar və Mərkəzin 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan olunması münasibətilə tərtib etdiyi bukletlər nümayiş olunmuşdur.
Keçidlər